ArxivXəbər lentiXəbərlər

Nərmin Şahmarzadə Şəhid Mübariz İbrahimovun ailəsindən üzr istədi – VİDEO

 bir neçə gün öncə psixoloq Nərmin Şahmarzadə Milli qəhramanımız şəhid Mübariz İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib. O özünün facebook hesabında status yazaraq onu “qatil” adlandırıb. Bu ifadələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bütün xalq həmin psixoloqun həmin ifadələrlə tək şəhidi deyil ümumi Azərbaycan xalqını təhqir etmiş hesab edib. Buna gör də psixoloq məsuliyyətə cəlb olunması tələb edilib.
Hədəf14.az  olaraq  baş verənlərlə bağlı şəhidin ailəsiylə əlaqə saxladıq. Şəhidin ailəsi Mübarizin tək onların deyil, bütün xalqın şəhidi və övladı olduğunu bildirirərək hər şeyi xalqın öhdəsinə buraxdığını qeyd etdi. Daha sonra  Fövqaladə Hallar Nazirliyinin mayoru Araz Musayev psixoloq haqqında hüquqi tədbir görülməsi üçün məhkəməyə müraciət edəcəyi ilə bağlı şəhidin ailəsinin icazəsini alıb. Daha sonra mayor Xətai Rayon məhkəməsinə ərizə ilə müraciət edib.
Bütün bunlardan sonra isə N. Şahmarzadə video çıxış ilə şəhidin ailəsindən üzr istəyib. Həmin videonu sizə təqdim edirik.
Xatun Etibarqızı

 

Hədəf14.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button