ArxivXəbər lentiXəbərlər

AİP Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev partiyanın Baş Məclisi adından Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan təbrik məktubunda deyilir:

“Əziz müsəlman qardaş və bacılar, sizi müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, ailələrinizə səadət, evlərinizə bərəkət diləyirik. Allahın rəhmət və mərhəmət rəmzi sayılan bu əziz bayramı bu gün bütün dünya müsəlmanları, o cümlədən xalqımız böyük sevinclə qeyd edir və insanlar qarşılıqlı olaraq biri-birinə mərhəmət əlini uzadırlar. Bünövrəsi uca Tanrının insanlığa sevgisi ilə qoyulan Qurban bayramı həm də insanların Allaha olan inam və itaətinin sarsılmaz ifadəsidir.

Musa Peyğmbərin (ə) Tura, Həzrət Fatimənin (ə) Həzrət Əlinin (ə) bəxt evinə, İbrahim Peyğəmbərin (ə) İsmaillə (ə) qurbangaha, Həzrət Muhəmməd Peyğəmbərin (s) Həzrət Əli (ə) ilə Qədir Xuma, İmam Hüseynin (ə) bütün əhli-əyalı ilə Kərbəlaya getdiyi Zilhiccə ayı bu unudulmaz hadisə və əlamətlərinə görə tarixin ən əzəmətli ayı sayılır.

Qurban bayramı birlik, vəhdət, anlaşma, qovuşma ayıdır. Bu əzəmətli bayram günlərində ehtiyacı olan insanlar yad edilir, sevindirilir, xəstələrə baş çəkilir. Cəmiyyətimizdə böyük mənəvi dəyər sayılan bu bayram günlərində kəsdiyiniz bütün qurbanların Allah dərgahında qəbul olunmasını, diləklərinizin yerinə yetməsini, xalqımıza birlik, vəhdət, firəvanlıq arzulayırıq. Bu bayram günlərində məhbəslərdə məhkum həyatı yaşayan qardaşlarımıza, əqidədaşlarımıza tezliklə azadlığa qovuşmalarını, ailələrinə dönmələrini Allahdan diləyirik.

Əziz Qurban bayramı münasibətilə sizləri bir daha təbrik edir, hər birinizə can sağlığı, süfrələrinizə ruzi-bərəkət, Vətənimizə sülh və əmin-amanlıq, torpaqlarımıza bütövlük arzulayırıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button