Aktual

Bakıda yüz minlərlə insan səs verə bilməyəcək

On minlərlə vətəndaşın səsvermə hüququ sual altında qalır .

Azərbaycanda keçirilən seçkilərin çatışmamazlıqlarından biri də seçici siyahılarındakı qüsurlarla bağlıdır. İndiyədək ölkədə keçirilən seçkilərdə on minlərlə vətəndaşın seçki hüququ pozulub. Nəticədə həmin vətəndaşlar səsvermə hüququndan məhrum edilib.
İki ay sonra ölkədə yeni prezident seçkiləri keçirilir. Ötən seçkilərlə müqayisədə bu il də seçici siyahıları ilə bağlı ciddi problemlərin olacağı istisna deyil. Ən ciddi problem isə Bakı şəhərində gözlənilir. Belə ki, son 5 il ərzində Bakıda bölgələrdən gələn yüz minlərlə vətəndaşların 90 faizi rəsmi qeydiyyata düşmür. Adı həmin rayondakı seçici siyahısında qalan vətəndaş üçün gedib oradan qeydiyyatdan çıxıb, Bakıya düşmək önəm kəsb eləmir.
Vətəndaşların kütləvi şəkildə qeydiyyatsız yaşadığı rayonlar isə Binəqədi, Sabunçu, Suraxanı və Səbail rayonlarıdır. Adıçəkilən rayonların ərazisində minlərlə evlər inşa olunub ki, onların da heç birinin sənədi yoxdur. Təkcə Binəqədidə 200 mindən artıq qeydiyyatsız sakin var. Onlar çalışsalar da Bakıda qeydiyyata düşə bilmir. Seçki Məcəlləsinin tələblərinə görə, vətəndaş başqa yerdə səs vermək istəyirsə, qeydiyyatda olduğu rayonun hüdudundakı müvafiq seçki komissiyasında qeydiyyatdan çıxması barədə sənəd alıb, yaşadığı ərazidəki məntəqəyə təqdim etməlidir.
Vətəndaş seçki keçirilən son 6 ayını daimi yaşayırsa və bunu sübut edə bilirsə adı seçici siyahısına daxil edilir. Göründüyü kimi seçici siyahılarıl ilə bağlı məsuliyyət vətəndaşın üzərinə atılır. Azərbaycan kimi ölkədə vətəndaş fəallığının yüksək olmadığını nəzərə alsaq, o zaman hansısa vətəndaşın adını seçici siyahısına daxil etdirməsi üçün paytaxtdan rayona gedib-gəlməsi inandırıcı deyi. Bu isə Bakıda yaşayan yüz minlərlə vətəndaşın seçkidən kənarda qalması deməkdir.

islamtimes.org/az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button