ArxivIslamXəbər lentiXəbərlər

“Azərbaycanın din alimləri” adlı kitabı nəşr olunub

Dini Araşdırmalar Mərkəzinin (DAM) icraçı direktoru, araşdırmaçı-yazar Natiq Rəhimovun “Azərbaycanın din alimləri” adlı kitabı nəşr olunub.

 Maide.az “islamazeri”yə istinadən xəbər verir ki, “Azərbaycanın din alimləri” adlı kitabda Şimali Azərbaycanın ən qədim din alimlərinin həyatı araşdırılıb. “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə nəşr olunan yeni kitab təxminən 250 səhifə həcmindədir. Kitabda Şimali Azərbaycanın və tarixən Azərbaycana məxsus olan coğrafi mühitdə yaşayıb-yaratmış din alimlərindən söz açılır. Burada mütləq mərceiyyətə çatmış və yaxud mərceiyyət yetişdirmiş alimlərin həyatı haqqında məlumatlar öz əksini tapıb. Kitabda mərceiyyətə çatmamış alimlər haqda məlumat yoxdur. Çünki, kitabın meyarı mərceiyyətə çatmış din alimlərinin həyatı və yaradıcılığı haqdadır. Təbii ki, Azərbaycanın Nəcəfdə və digər şəhərlərdə elm əldə edən alimləri var. Amma, biz, bu kitabda onları deyil, yalnız mərceiyyətə çatmış dünya şöhrətli ən qədim alimləri nəzərdə tutmuşuq”, – deyə N.Rəhimov bildirib.

 Kitabda Azərbaycanın XV və XX əsrlərin qovşağında yaşayıb-yaratmış, dünyaya din sahəsində öz töhfələrini vermiş din alimlərinin həyat və yaradıcılığına toxunulub: “Azərbaycanın müxtəlif bölgələrindən 20-dən çox alimləri haqda məlumat verilib. Həmin alimləri də bölgələr üzrə ardıcıllıqla ayırmışıq. Burada Lənkəran, Salyan, Bakı, İrəvan, Naxçıvan, Dərbənd, Qarabağ və  Şirvan bölgəsində yaşayıb-yaratmış alimlər haqda məlumatlar dərc olunub. Kitabda XIX və XX əsr alimləri haqqında daha çox məlumatlar öz əksini tapıb”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button