AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Səfəvilər tarixini təhrif etmək bu sülaləyə qarşı ən böyük zülmdür

Vəliyyi-fəqihin nümayəndəsi Səfəvilər dövlətinə aid konfransda deyib: “Səfəvilər tarixini təhrif etmək regionda bu sülaləyə qarşı edilən ən böyük rəhimsizlikdir. Bu mövzu bəzi danışıqlarda və əməllərdə çox aşkar şəkildə görünməkdədir.”
Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili “Əhli-beyt (ə) məktəbinin güclənməsində və iranlı kimliyin bərpa edilməsində Səfəvilərin rolu” konfransındakı çıxışında deyib: “Şeyx Səfiyəddin Ərdəbilinin xidmətləri və Səfəvilər dövrü İran üçün çox dəyərli və faydalı olmuşdur.”
Ayətullah Amili vurğulayıb: Bir çox alim və tədqiqatçılar etiraf etmişdir ki, Ərdəbil olmasaydı, İran da olmazdı. Səfəvilər hökumətinin ölkədə bərpa etdikləri iqtidarı heç bir hökumət yarada bilməmişdir. Bu məsələ Ərdəbil üçün çox iftixarlıdır.”
Səfəvilər dövründə çoxlu elitanın yetişdiyini qeyd edən imam cümə deyib: “Əhli-beyt (ə) təlimlərinə söykənmək Səfəvilər hökumətinin ən mühüm dini səciyyəsi olmuşdur və bugünləri düşmən onların bu xüsusiyyətini hədəfə alaraq onlara hücum edir.”
Vəliyyi-fəqihin nümayəndəsi açıqlayıb ki, Səfəvi hökumətinin xalis İslam olan Əhli-beyt (ə) təlimlərini rəvac verməsi və bu təlim-tərbiyəni əsas götürməsi vəhabilərin xoşuna getmir, ona görə də Səfəvilərə qarşı hörmətsizliklər edirlər. Səfəvilər hökumətinin süqutu ilə bağlı da bir çox təhriflər baş verir ki, bu təhriflərlə qarşılaşmaq lazımdır.
Ayətullah Amili İran xalqının iqtidar və əzəmətinin Səfəvilər dövründən başladığını vurğulayaraq deyib: “Sülhə təlaş etmək və tayfaçılıqla mübarizə Səfəvilər hökumətinin ən mühüm xüsusiyyətlərindən biri olmuşdur və bu məsələ indiki hökumətlərin örnəyi olmalıdır. Həmçinin, bu mövzunu heç kim təhrif edə bilməz.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button