AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Dini, siyasi və etnik ixtilaflar qarşısında ayıq olmaq lazımdır

Ərdəbilin imam cüməsi və Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi bu həftənin cümə namazının xütbələrində vəhdəti izzət, müstəqillik, ölkə, din və məzhəbin varlığının zərurəti adlandıraraq, dini, siyasi və etnik ixtilafları bunların öldürücü zəhəri, din və ölkənin parçalayıcısı, qəddar düşmənin ölkəyə hakim kəsilməsi olduğunu vurğulayıb.

Qafqaz Mədəniyyət Mərkəzi – Həzrət Ayətullah Amili televiziya proqramında baş vermiş son hadisəni tənqid edərək, Televiziya və Radio Şirkətinin rəhbərinin üzrxahlığını alqışlayıb, hamını vəhdət və həmrəylik bağlılıqlarını qorumaqda ayıq olmağa səsləyib.

O, həmçinin dövlətin yüksək vəzifəli məsullarını hiss və əsəbilik üzündən yaranmış açıqlamalar verməkdən çəkinməyə, bir-birlərilə mətbuat vasitəsilə söhbət etməməyə, öz ixtilaflarını xüsusi dairələrdə həll etməyə çağırıb.

Vəliyyi-Fəqihin nümayəndəsi xütbələrinin digər hissəsində əyalətin əhalisini seçkilərlə bağlı yayılan şayiələr qarşısında ayıq olmağa, dəlil-sübut olmadan heç bir sözü qəbul etməməyi tövsiyə edib.

O artırıb: “Bəzi namizədlər, xüsusən də əyalətin cənub bölgələrində özlərinin mənimlə nisbətləri olduğunu deyirlər. Mən bu nisbətləri təkzib edərək hörmətli əhaliyə bildirirəm ki, hər kəs belə bir nisbəti dilinə gətirsə, yalançıdır və belə şəxslərə səs verməsinlər”.

Ayətullah, əhaliyə seçki ziyafətlərində iştirak etməməyi sifariş edib. Xüsusilə də icra aparatlarının nümayəndələrinin qeyri-seçki adı ilə təşkil olunan belə ziyafətlərdə iştirak etməsini yasaqlayıb.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurasının İranda insan hüquqlarını pisləməsinə toxunaraq deyib: “Belə pisləmələr məhkum edilən ölkə üçün nöqsan olmazdan qabaq bunu deyən təşkilatların özü üçün nöqsandır”.

“Necə olur ki, yalnız Rusiya, Çin və İran kimi ABŞ-la müxalif olan ölkələr məhkum edilir, lakin ABŞ-ın əlaltısı olan ölkələr məhkum edilmir?”-deyə, imam cümə artırıb.

O, daha sonra deyib: “Sionist rejim və Ərəbistan insan hüquqları müşahidəçilərini ölkələrinə buraxmırlar. Bəs niyə onlar məhkum edilmirlər? Necə olur ki, 7000 ziyarətçinin ölümünə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən əhəmiyyət verilmir? Nə üçün 13000 yəmənlinin öldürülməsinə və 25000 yəmnlinin ən ağır bir durumda hələ də mühasirədə qalmasına bu şura əhəmiyyət vermir? Üstəlik, Ərəbistan demokratik ölkə kimi tanıdılır?”

Ərdəbilin imam cüməsi artırıb: “Vətəndaşlıqdan məhrum etmə insan hüquqlarının pozulmasının ən irticaçı formasıdır. Bəhreyndə hökumətə müxalif olan 80 nəfər vətəndaşlıqdan çıxarılmışdır. Nə üçün orta əsrlər dövrünün hökuməti İnsan Hüquqları Təşkilatı tərəfindən təriflənir?”

O, fələstinlilərin üçüncü inqilabına, indiyə kimi 82 nəfərin şəhid olmasına və 70 il boyunca fələstinlilərin öldürülməsinə işarə edərək bu sualı verib: “Nə üçün fələstinlilərin BMT-nin İnsan Hüquqları Şurasının iddia etdiyi insan hüquqlarında payı yoxdur?”

İmam cümə sonda deyib: “Amerikanın özünün insan hüquqlarını pozmasına aid çox ağır sənədlər mövcuddur. İlk mərhələdə bunlara baxılmalıdır. Amerika faktiki olaraq, özünün beynəlxalq qanunlardan yuxarıda dayandığını bildirir və etdiyi cinayətlər qarşısında özünü cavabdeh bilmir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button