ArxivXəbər lentiXəbərlər

Azərbaycanda və dünyada nə qədər məhbus var?

“Dünya Həbsxanaları Əhali Siyahısı” başlıqlı hesabata görə, dünya üzrə məhbusların ümumi sayı 10 milyon 350 mindən çoxdur.

FaktXəbər-in məlumatına görə, hesabatda bildirilir ki, ABŞ “həbsxana əhalisi” ən çox olan ölkədir. ABŞ-da 2 milyon 200 mindən artıq məhkum var.

Siyahıda ABŞ-ı öz növbəsində 1 milyon 650 minlə Çin, 640 minlə Rusiya, 607 minlə Braziliya, 418 minlə Hindistan izləyir.

London Universiteti nəzdində fəaliyyət göstərən Cinayətkar Siyasət Tədqiqat İnstitutu (ICPR) və Dünya Həbsxana Xülasəsi (WPB) təşkilatları tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin və Şimali Koreyadakı nəzarət mərkəzlərində saxlananların daxil edilməsi halında, dünya miqyasında məhbusların ümumi sayı 11 milyonu keçər.

Hesabatda göstərilir ki, Azərbaycanda 22526 məhbus var. 2010-cu ildə bu rəqəm 21971 olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button