AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: BMT-nin Ərəbistanı məhkum edən bəyanatından dönməsi tarixi rüsvayçılıqdır

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Amili bu həftənin cümə namazının xütbələrində əhaliyə tövsiyə edib ki, Ramazan ayında imkansızların hörmətini xüsusi olaraq saxlasınlar və imkanlı şəxslər fəqirlərin ehtiyaclarını təmin etmək üçün xeyriyyə müəssisələri və imdad komitəsi ilə əməkdaşlıq etsin.

Ərdəbil əyalətinin əhalisinin Rəhbərliyin Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin digər bir hissəsində BMT-nin katibinin Səudiyyə Ərəbistanının adını Yəməndə uşaqları öldürən ölkələr siyahısından çıxarmasını tənqid edərək deyib: “Bu bəyanatı geri götürmək və Ərəbistanı qara siyahahıya saldıqdan sonra onu bu siyahıdan çıxararaq ağ siyahıya daxil etmək BMT tarixində misli görünməmiş rüsvayçılıqdır. Bu xəyanət BMT-nin simasını sual altına salmaqdan əlavə, onun digər bəyanat və qərarlarını da etibarsızlaşdırır, BMT-nin üzvü olan bütün dövlətləri və xalqları təhqir edir”.

İmam cümə əlavə edib: “Bundan sonra BMT-nin İranda insan haqları üzrə xüsusinümayəndəsi Əhməd Şəhidin İranda insan hüquqları haqqında danışmağa haqqı yoxdur”.

Ayətullah Amili, BMT Baş katibi Pan Gi Munun “Mənə bərk təzyiq olunurdu. Ona görə də acı qərar verdim”-açıqlamasını da Səudiyyə Ərəbistanı üçün utancverici bir hərəkət adlandırıb.

Ərdəbilin imam cüməsi Yəmənlə müharibəni müqəddəs adlandıran Ərəbistan müftilərinə bir sual ünvanlayaraq deyib: “İlahi məhkəmədə minlərlə yəmənli körpələri tonlarla dağıntı altında dəfn etməyin, uşaqları kor, əlsiz-ayaqsız qoymağın müqəddəs olmasnı necə sübut edəcəksiniz?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button