ArxivXəbər lentiXəbərlər

Abgül Süleymanovdan xəbər var

Dünən Abgül Süleymanovun vəkili Cavad Cavadov onunla görüşüb
 

Bu haqda İslamazeri.az-a vəkil Cavad Cavadov özü məlumat verib.

Vəkilin bildirdiyinə görə, dünən (10 İyun) həbsdə olan ilahiyyatçı Abgül Süleymanovun olduğu 11 saylı CÇM-də onunla görüşüb.

“Dünən Abgül Süleymanovla görüşdüm. Hamıya salamı var və Mübarək Ramazan ayı münasibətilə hamını təbrik edir. Gününü kitab oxumaqla keçirir”, -deyə vəkil bildirib.

Cavad Cavadov müvəkkili ilə Avropa İnsan Haqları Məhkəməsindəki işi də müzakirə etdiyini bildirib.

“Bildiyiniz kimi Abgül Süleymanovum iki işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib və qəbul etmə barədə məktublar qəbul olunub və bununla bağlı Avropa Məhkəməsinə müeyyən əlavələr olacaq, Hacı Abgüllə bu məsələləri müzakirə etmişik.”, -deyə vəkil əlavə edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button