ArxivmədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ermənilər Ağdam-Xankəndi yolunun açılmasına razılıq verdilər

Qərarın Qızıl Xaç Komitəsi və sülhməramlıların təklifi əsasında verdildiyi bildirilir

Separatçı “Dağlıq Qarabağ Respublikası” (DQR) Ağdam-Xankəndi yolunun açılmasına razılıq verib.
Onlar bu addımı fəlakətin dərinləşməsi, həmçinin təhlükəsizliklə bağlı vəziyyətin ciddiliyini nəzərə alaraq atdıqlarını deyiblər.
Ermənilər bu qərarı Beynəlxalq Qızıl Xaç Komitəsinin Stepanakert (Xankəndi) ofisinin və Rusiya hərbi qrupunun komandanlığının birgə təklifi kimi izah edib.
Prosesin təşkili həm vətəndaşlarımızın həyat və sağlamlığı ilə bağlı təhlükələri neytrallaşdırmaq, həm də Laçın dəhlizi ilə humanitar yüklərin daşınmasını təmin etmək üçün lazımdır”, – deyə açıqlamada qeyd olunur.
Bu barədə Ermənistan mediası Qarabağ informasiya qərargahına istinadən məlumat yayıb.
Sentyabrın 12-də səhər çağı Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Ağdamdan Xankəndiyə yola düşüb.
Yük Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılıb.
Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün 2 gün Bərdədə gözləməli olub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 TIR-ı isə 20 gündən çoxdur ki, həmin yolda gözləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi yükün Ağdam-Xankəndi yolu ilə keçməsini müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirib.
Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.
Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu qeyd edirdi.
2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.
Ermənistan isə bu ittihamı qəbul etmir.
Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button