ArxivIslamXəbər lentiXəbərlər

AXCP: Əli Kərimlinin evində internet kəsilib

  • Aprelin 13-ü saat 22-dən sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində internetin və bütün telefonlarından əlaqələrin kəsildiyi bildirilib.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

“Yalnız aprelin 14-ü səhər saat 11-dən sonra AXCP sədrinin rabitə əlaqələri bərpa edilib. Ehtimal edirik ki, bunda məqsəd Ə.Kərimlinin internet çıxışına imkan verməmək, onunla canlı müsahibələrin qarşısını almaq olub”,- AXCP-dən qeyd ediblər.

AXCP-dən vurğulayıblar ki, Ə.Kərimli bundan öncə də bir neçə dəfə oxşar problemlə üzləşib.

Bu açıqlamaya, hələlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button