AktualAktualArxivIslamtahlil va magaleXəbər lentiXəbərlər

Sionist rejimin knesset üzvünün Cənubi Qafqazda ikili oyunu; Azərbaycan Respublikası siyasətçilərinin milli təəssübünün xarakterizə edilməsi

Qafqaz Həqiqətləri İnformasiya Mərkəzinin Redaksiya Heyəti – Bizim hamımız əksərən ikitərəfli və çoxtərəfli casuslara aid xəbərləri eşitmişik və bu açar sözlərlə tanışıq. Bu qəbil casuslar olduqca məxfi fəaliyyət göstərirlər. Bəzən bır sıra şəxslər də öz hökumətləri tərəfindən ikitərəfli və çoxtərəfli məsuliyyətləri öhdələrinə alır, müxtəlif ölkələrdə eyni zamanda və aşkar şəkildə fəaliyyət göstərirlər. Belə şəxslərin bir-birinə düşmən olmayan bir neçə ölkədə fəaliyyəti o qədər də iradlı olmaya bilər, üstəlik bir növ imtiyaz hesab olunar. Lakin bu məmurların bir-biri ilə düşmən durumunda olmayan iki ölkədə eyni zamanda fəaliyyət göstərmələri bir çox suallar yaradır. Xanım Tali Ploskov belə fəaliyyətlə məşğul olan məmurlardandır.

Xanım Ploskov Ermənistan və sionist rejim arasında siyasi, iqtisadi və hərbi-təhlükəsizlik münasibətlərinin genişlənməsində əsas rol ifa edir. O, sionist rejim-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri və habelə 23-cü sionist Knessetin Likud Partiyasından olan nüfuzlu üzvüdür. Ploskov sionist rejimində dırnaqarası erməni soyqırımı iddiası mövzusu üzərində xüsusi şəkildə işləyənlərdən biridir və şübhəsiz ki, 23-cü Knessetdə erməni soyqırımını rəsmi olaraq tanımaq üçün təklif olunan planın rəhbərləri və aparıcı simaları arasında olacaqdır. O, dəfələrlə Ermənistana səfər etmiş və erməni soyqırımı abidəsini ziyarət etmişdir.

Bu həmin kəsdir ki, 2016-cı ildə Ermənistan və Azərbaycan arasında başlamış aprel döyüşlərinin ikinci günündə İrəvana səfər edərək Ermənistanın o zamankı xarici işlər naziri Edvard Nalbandyana hərbi əməliyyatlar və Dağlıq Qarabağda döyüş gedən məntəqədə müharibə vəziyyəti barədə hesabat təqdim etdi. Onun fikrincə, Ermənistan-sionist rejim dostluq münasibətləri uyğun proseduru keçməkdədir və o, iki ölkə arasında parlament qrupunun bu dostluq münasibətlərini gücləndirmək və genişləndirmək üçün daha çox addım atmasına təlaş edir. Hətta, Ermənistan hökumətinin sionist rejiminə səfir göndərməsini də bu çərçivədə dəyərləndirmək lazımdır.

Diqqəti çəkən çox önəmli və həssas məsələ budur ki, xanım Ploskov eyni zamanda sionist rejim və Azərbaycan Respublikası arasında baş tutan iclasların çoxunda iştirak edir. Onda belə sual ortaya çıxır ki, bir tərəfdən sionist rejim-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri olan Ploskov, eyni halda bu rejimlə Azərbaycan Respublikası arasındakı ikitərəfli iclasların çoxunda iştirak etməsi bir araya necə sığa bilər? Yəni Azərbaycan Respublikası siyasətçiləri o masanın arxasında otururlar ki, onun digər tərəfində Ermənistanın tərəfdarı və ona can yandıran kimi tanınmış, fikirləri ermənilərə düyünlənmiş birisi oturmuşdur. Bu çox heyrətləndirici və ağıla sığmayan bir məsələ kimi görünür. Bundan da pisi odur ki, xanım Tali Ploskov bu iclaslarda Azərbaycana aid məsələlərdə fikir bildirir.

Buna əsasən, demək olar ki, azərbaycanlı siyasətçilər, o cümlədən Milli Məclisin deputatı və sionist rejimdə yaşayan azərilərin məsulu Fuad Muradov Ermənistanı düşmən və işğalçı kimi görmür, Qarabağ və işğal edilmiş digər torpaqlara qarşı heç bir təəssübü yoxdur. Ağıl hökm edir ki, Azərbaycan Respublikası siyasətçilər və işğal edilmiş ərazilərin azad edilməsini istəyənlər əli ermənilərin əlində olan və onlarla həmrəy, eyni fikirdə olan bir kəslə eyni masa arxasında oturmasınlar.

Şübhəsiz, bu qəbil müştərək fəaliyyətlər, qeyri-adi və ekzotik səfərlər Azərbaycan dövləti və xalqına hörmətsizlik sayılır. Çünki xanım Ploskov Azərbaycanın əsas düşməni olan Ermənistanın məsləhət və maraqlarına sədaqətlə xidmət göstərir.

Ümumi olaraq demək olar ki, sionist Tali Ploskovun fəaliyyətləri Cənubi Qafqazda sionist rejimin maraqlarının təmin edilməsi istiqaməti üzərində qurulub və o, riyakarlıqla sionist rejimin bu mühüm və həssas məntəqədə hüzurunu təsbit və təzmin etməyə səy göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button