ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ruben Vardanyanın Azərbaycan sərhədində saxlanıldığı bildirilir (yenilənib)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ruben Vardanyanın saxlanıldığından məlumatsız olduğunu deyib.

“Məndə belə bir məlumat yoxdur, ona görə də bu məsələ ilə bağlı heç nə deyə bilmərəm”, – deyə Kremlin rəsmisi jurnalistlərin sualına belə cavab verib.
Peskov bidirib ki, əgər Vardanyan hələ də Rusiyanın vətəndaşıdırsa, o zaman Moskva onun saxlanması barədə məlumat alacaq və hüquqlarını qoruyacaq:
“Əgər o, Rusiya vətəndaşlığından imtina edibsə, bu, başqa məsələdir”.
Vardanyan Rusiya vətəndaşıdırmı?
Ruben Vardanyan 2022-ci ilin oktyabrında Rusiya vətəndaşlığından imtina edib.
 O, Rusiya vətəndaşlığından imtina ilə bağlı Vladimir Putinə müraciət ünvanlamışdı.
Vladimir Putin də dekabrın 22-də fərman imzalayaraq, Vardanyanı Rusiya vətəndaşlığından çıxarmışdı.
Vardanyan Rusiyadan getməsini böhranlı vaxtlarda xalqının yanında olmaq istəyi ilə izah etmişdi.
Bundan sonra o, Qarabağa köçərək “dövlət naziri” postunda çalışmışdı.
Rusiya xarici işlər naziri Sergey Lavrov da ötən ilin dekabr ayında Vardanyanın Rusiya vətəndaşlığından çıxdığını rəsmən açıqlamışdı.
Lavrov Rusiya hakimiyyətinin Vardanyanla heç bir əlaqəsinin olmadığını və hərəkətlərinə görə heç bir məsuliyyət daşımadığını bildirmişdi.
İş adamının həyat yoldaşı da onun saxlanıldığını təsdiqləyir
Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend onun saxlanılması ilə bağlı iş adamının özünün “X” (tvitter) səhifəsində açıqlama yayıb.
“Xeyriyyəçi, iş adamı, Artsaxın keçmiş dövlət naziri ərim Ruben Vardanyan (Naqorno-Karabakh) bu gün səhər minlərlə erməni ilə oradan çıxmağa cəhd edən zaman  Azərbaycan hakimiyyəti tərəfindən sərhəddə saxlanılıb. Ruben 10 aylıq blokada zamanı Arsax xalqının yanında dayanıb və sağ qalmaq uğrunda apardıqları mübarizədə onlarla birlikdə əziyyət çəkib”, – deyə Veronika Zonabend qeyd edib.
O, həyat yoldaşının sağ-salamat azad olunması üçün hər kəsdən dəstək istədiyini deyib.
Onun Bakıya gətirildiyi deyilir
Separatçı “Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın Ermənistanın Sünik vilayətinin mərkəzi Qorisə getməyə cəhd edərkən Azərbaycanla sərhəddə saxlanıldığı bildirilir.
Bu barədə sentyabrın 27-də Rusiyanın rəsmi dövlət agentliyi TASS məlumat yayıb.
“Ruben Vardanyan Həkəri (Akari) körpüsünü keçərkən saxlanılıb”, – deyə agentliyin həmsöhbəti bildirib.
Azərbaycan Dövlət Sərhəd Xidməti Vardanyanın saxlanıldığını təsdiqləyib.
Qurumun rəsmi açıqlamasında bildirilir ki, Ruben Vardanyan Bakıya gətirilib və onun haqqında hüquqi qiymətin verilməsi üçün aidiyyəti qurumlara təhvil verilib.
Ruben Vardanyan 2022-ci ilin noyabrında DQR dövlət naziri təyin edilib və 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.
Rusiyalı iş adamı Vardanyan “Troyka Dialoq” şirkətinin təsisçisi və “Skolkovo” idarəetmə məktəbinin ilk prezidentidir.
Keçən ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
İyunun 18-də Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button