ArxivXəbər lentiXəbərlər

QAT İsrail səfirliyinə etiraz etdi

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Dağlıq Qarabağda İsrail bayraqları ilə yürüş keçirilməsinə etiraz olaraq, bu ölkənin Azərbaycandakı səfirinə sorğu göndərib.

Sorğuda bildirilir ki, QAT səfirlikdən bu məsələyə aydınlıq gətirilməsini istəyib: “Mətbuatda gedən məlumatlara görə, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində İsrail bayraqları taxılmış maşın karvanı ilə yürüş keçirilib. Bu xəbərlə bağlı ciddi narahatçılığımızı və narazılığımızı bildirir, bu hadisəni Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi dəyərləndiririk. Məlumat təsdiqini taparsa, Azərbaycan-İsrail münasibətlərinə yenidən baxılmasına ehtiyac yaranacaq. Azərbaycanda yəhudilərin normal yaşaması və fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb. Bu hərəkət dövlətimizin və millətimizin xeyirxahlığına cavabdırmı? Bu məsələyə aydınlıq gətirməyinizi, cəmiyyətimizi məlumatlandırmağınızı xahiş edirik”.(musavat)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button