AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlərXütbələr

Astara imam cüməsi: Azərbaycan Respublikası böyük səhv və qəflətə düçar olub

Astara imam cüməsi deyib: “Azərbaycan Respublikası böyük səhv və qəflətə düçar olub və bilməlidir ki, Türkiyə onlara heç vaxt yaxşı dəstəkçi olmayacaq, Azərbaycandan yalnız bir alət kimi istifadə etməyə çalışır.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Astaranın imam cüməsi höccətül-islam Məhəmmədcavad Baqiri Urumu bu həftənin cümə namazı xütbələrində Fatimiyyə günləri münasibətilə başsağlığı verməklə yanaşı, həzrət Fatimənin (ə) Mütəal Allah və Əhli-beyt (ə) yanında mühüm və dəyərli məqamından söz açaraq deyib: “Allah-Təala həzrət Fatiməni (ə) Əhli-beytin (ə) mehvəri kimi tanıtmış, onu Öz razılığının və qəzəbinin meyarı kimi təqdim etmişdir ki, hər kəs o əzəmətli xanımın həyatını özünə örnək etməklə səadət yolunu tutsun.”
İmam cümə cəmiyyətdə əmin-amanlığın əhəmiyyətinə və bu böyük ilahi nemətin qədrini bilməyin zərurətinə toxunub, sionist rejim və ABŞ-ın İslami İranın daxili təhlükəsizliyini pozmaq üçün məkrli planlarına işarə edərək ABŞ-ın İranda xaos və təhlükə yaratmaq üçün qəsbkar sionist rejimə bir milyard yarım dollar verdiyini bildirib.
Xətib əlavə edib: “Sionist rejimin İranla bağlı iki əsas məqsədi var və ona çatmağa can atır: birincisi, nüvə sənayesinin inkişafının qarşısını almaq; ikincisi, İslam Respublikasının onların güc səviyyəsinə çata bilməməsi üçün raket və müdafiə qüdrətinin inkişafının qarşısını almaq. Bu məqsədə çatmaq üçün bizim bütün gücümüzün daxili iğtişaşlarla mübarizəyə sərf olunmasına çalışır.”
Höccətül-islam Baqiri Urumi qeyd edib ki, düşmənlər bu birbaşa tədbirlərlə yanaşı, bizə qarşı hər hansı siyasi və dolayı təzyiqlərdən də istifadə edir. Onun sözlərinə görə, Çin prezidentinin Səudiyyə Ərəbistanına səfəri zamanı üç adaya sahibliklə ilə bağlı qeyri-düzgün açıqlamalar da belə təzyiqlərə misaldır. Bu cür açıqlamalar qəti şəkildə pislənir. Çünki hər üç adanın mülkiyyəti mütləq İran İslam Respublikasına məxsusdur.
Azərbaycan Respublikası ilə Türkiyənin  Araz çayı sahilində keçirdikləri “Qardaş yumruğu” adlı birgə təlimə toxunan imam cümə deyib: “Azərbaycan Respublikası böyük səhvə və qəflətə yol verib və bilməlidir ki, Türkiyə onlara heç vaxt yaxşı dəstəkçi olmayacaq və Azərbaycandan yalnız bir alət kimi istifadə etməyə çalışır. Ona görə də hər iki ölkə bilməlidir ki, ən kiçik bir səhvə yol verərlərsə, İslam Respublikası xalqının və hökumətinin dəmir yumruğu ilə üzləşəcəklər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button