Xəbərlər

“Artıq ağlamağı dayandırmalıyıq!”

 Artıq ağlamağı dayandırmalı və torpaqlarımızı işğaldan azad etməyə hazır olmalıyıq!
"Artıq ağlamağı dayandırmalıyıq!"

Bunu bu gün Gənc Tamaşaçılar Teatrında Zəngilan rayonunun işğalının 20-ci ildönümü ilə bağlı tədbirdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında deyib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri deyib : “2 il əvvəl ATƏT-in fakt araşdırıcı missiyası Zəngilan rayonuna ermənilərin köçürülməsi faktını aşkarlayıb: “Biz buna çox təəssüf edirik. ATƏT və digər beynəlxalq qurumlar bunu görür, ancaq sadəcə, kənardan müşahidə etməklə kifayətlənirlər. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların da heç bir icra olunmur. Bəs biz kimə arxalanmalıyıq? Azərbaycan dövləti, Azərbaycan prezidenti və Azərbaycan xalqına arxalanmalıyıq. Bizim başqa söykənəcək yerimiz yoxdur”.

Ə. Həsənov işğal günlərində keçirilən tədbirlərin formatının dəyişdirilməsini təklif etdiyini söyləyib: “Mən xarici işlər naziri Elmar Məmmədyarova müraciət etdim. Təklif etdim ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrdə Zəngilan rayonunun işğalı ilə bağlı tədbirlər keçirilsin. Səfirliklərimiz dünən bu ölkələrin xarici işlər nazirliklərinə nota təqdim ediblər. Bu gün səfirliklərin keçirdikləri tədbirlərə bu ölkələrin millət vəkilləri, diplomatlar və digər şəxslər dəvət olunurlar.”
Dövlət komitəsinin sədri bildirib ki, Qarabağ türk dünyasının problemidir: “Ancaq bu torpaqları biz azad etməliyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button