ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Vəhşi sionistlər Qəzzədə 700-dən çox uşağı öldürüblər

UNICEF sözçüsü- Sara Əl-Həttab şənbə günü Amerikada deyibdir ki: Yerli medialar və sağlamlıq rəsmilərinin son məlumatlarına görə, yeddi yüzdən çox uşaq daxil olmaqla minimum iki min iki yüz on beş fələstinli öldürülüb. Belə bir halda, iki min dörd yüz əllidən çox uşaq daxil olmaqla səkkiz min yeddi yüz on dörd nəfər də yaralanıbdır.
UNICEF-in bildirdiyinə görə, bu rəqəm hər saat artır.
Belə bir halda, BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardımlar üzrə koordinator Martin Qriffits şənbə günü işğal olunmuş Fələstin ərazilərindəki son insani durum barədə bildiribdir ki: Qəzzədə elektrik, su və yanacaq yoxdur və qida maddələri ehtiyatları təhlükəli tərzdə bitmək üzrədir.
O, əlavə edib: Dərman çatışmazlığı ilə üzləşən xəstəxanalar xəstələr,/ morqlar isə- cəsədlərlə doludur.
İki min nəfərdən çox insanın öldüyünü, xeyli sayda insanın isə yaralandığını deyən Qriffits qeyd edibdir ki, Qəzzədə bütün yaşayış massivləri yerlə yeksan edilibdir.
Fələstin müqavimət qüvvələri ötən şənbə günü Qəzzədən sionist rejimin qəsb olunmuş ərailərdəki mövqelərinə qarşı «Əl-Əqsa Tufanı» adlı hərtərəfli və misilsiz əməliyyata başladılar.
Sionistlərin fəlakətli məğlubiyyətləri, həmçinin bəzi qəsəbə və hərbi qərargahları itirmələri bu rejim başçılarının son günlər Qəzzənin günahsız əhalisinə və mülkilərə hücum etmələri, həmçinin onları mühasirəyə almaqla hərbi cinayətlər törətmələrinə bais olubdur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button