ArxivIslamXəbər lentiXəbərlər

Vəhhabi terroru Qafqaza gələcəkmi? – Türkiyəli jurnalistlə müsahibə

Türkiyənin tanınmış jurnalisti Mustafa Seyfullah Kılıç AzadXeber.az-ın suallarını cavablandırıb.

-Sizcə vəhhabi terroru Qafqazda aktivləşə bilərmi?

-İŞİD və Nusra kimi terrorçu qruplaşmaların idealoji sturukturu yayılma özəlliyi daşıyır. Bu qruplar daxilində çox sayda Qafqaz əsilli nüfuzlu terrorçular da var. Bu terrorçuların liderləri müxtəlif zamanlarda etdikləri çıxışlarda müharibəni Qafqaza yayacaqlarını açıq şəkildə söyləyirlər.

Məsələn, “Ketibetul Muhacirun” adlı Səlahəddin Şişani liderliyindəki qruplaşma özlərini “Qafqaz Əmirliyi” olaraq adlandırır. Bunlar Qafqazdakı əmirlərinə bağlıdırlar. Yenə Cunduş Şam adlı Əbu Muslim Şişani liderliyindəki terrorçular eyni qruplaşma ilə bir yerdə olduqlarını və Qafqaza qayıdacaqlarını demək olar ki, bütün video görüntülərdə bildirirlər. Hər iki qruplaşmada çox sayda azərbaycanlı terrorçu var. Azərbaycanlıların bir qismi Türkiyə üzərindən, bir qismi də Əfqanıstandan gələrək yenə eyni yolla Suriyaya keçiblər.

Yenə Nusra Cəbhəsinin təmsil etdiyi əl-Qaidə terrorçu qruplaşmalarının içərisində olan qafqazlılar “Qafqaz Əmirliyi” terrorçu təşkilatını dəstəkləyir. İŞİD-in içərisindəki qafqazlılar isə Qafqazda öz “əmirliklərini” qurublar. Yəni həm Nusra, həm də İŞİD təfəkkürü faktiki olaraq Qafqazda formalaşıb.

Çeçenistandakı bir neçə “Qafqaz Əmirliyi”nə mənsub komandir ard-arda İŞİD lideri Əbubəkr Bağdadiyə beyət etdi. Movsar Zeynəlabidinov ilk olaraq İŞİD-ə qatılan komandirdir. Əmir Süleyman olaraq bilinən bu şəxs eyni zamanda Dağıstandakı terrorçu qruplaşmaların başçısı idi. Yenə sıra ilə Dağıstan Vilayətinin keçmiş əmiri Əbu Məhəmməd (Rüstəm Asildarov) və Məhəmməd Ağaçaulinski ilə Çeçen komandirləri Mahran və Usamə İŞİD-ə bağlı olduqlarını açıqladılar.

Baş verənlərə baxdığımız zaman Çeçenistanda başlayan və Qafazda yayılan bu hərəkat artıq “milli” olmaqdan çıxmış və bütün Qafqaza yayılacaq müharibəyə çevrilib. İŞİD-in də müdaxiləsilə bu qruplaşmalar həm öz aralarında, həm də bölgədəki hökumətlərə qarşı dərin müharibənin startını verdilər.

Mənim fikrimcə, yaxın zamanda xüsusilə İŞİD kimi yayılma özəlliyi daşıyan bu qruplaşmalar Qafqazda müharibənin baş aktyoru halına gələcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button