ArxivIslamXəbər lentiXəbərlər

Avropanın ən böyük məscidi sabah Moskvada açılacaqdır

Rusiyanın paytaxtı Moskva şəhərinin “Came məscidi” sabah, Ərəfə günü, Avropanın ən böyük məscidi adı ilə istifadəyə veriləcəkdir.

Qafqaz.ir  “əl-Cəzirə net” xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə, Rusiya Müsəlmanlarını Dini İdarəsinin verdiyi xəbərə əsasən, Rusiyanın paytaxtı Moskva şəhərinin “Came məscidi” sabah, Ərəfə günü, Rusiyanın prezidenti Vladimir Putin və bir çox İslami ölkələrin başçılarının iştirakı ilə Avropanın ən böyük məscidi adı ilə istifadəyə veriləcəkdir.

Məscidin açılışında iştirak etmək üçün İran, Azərbaycan, İordaniya, Ərəbistan, Fələstin, Qətər, Küveyt, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və digər ölkələrə dəvətnamələr göndərilib.

Moskvanın Came məscidi genişləndirmə işlərindən sonra Avropanın ən böyük məscidi oldu.

Bu məscid ilk dəfə 1904-cü ildə tikilmişdir. 2005-ci ildə isə Türkiyə və Fələstinin həmkarlığı ilə yenidən təmir olunmuşdur. Məscid 12 min namazqılan üçün nəzrdə tutulur. 72 metirlik minarə və 6 mərtəbədə 46 metr hündürlüyində ucalan günbəz məscidə gözəl xarici mənzərə bəxş edir. Məscidin bina sahəsi 18 min 900 kv.metrdir. Məscidin tərkibində mədəniyyət və maarif mərkəzi və toplantı salonları da vardır.

Məscidin tikilməsinə Rusiya Dini İşlər İdarəsi və Türkiyə Vəqflər İdarəsi nəzarət ediblər. Məscidin daxili dizaynında klassik osmanlı memarlıq üslubundan istifadə edilib.

Türkiyə Vəqflər İdarəsinin sədri Məzhər Bilgin bu barədə deyib: İdarəmiz ölkə daxilində (Türkiyədə) 3421, Türkiyədən xaricdə isə 50 məscidin tikintisinə başlamışdır. Türkiyə bu məscidi minbər, mehrab, lüstur və ərəb xətti ilə işlənilən xəttatlıq tabloları ilə təchiz etmişdir.

Qeyd edək ki, Rusiyanın 20 milyonluq cəmiyyətinin 3 milyondan çoxunu müsəlmanlar təşkil edirlər.

Moskvada bu məsciddən əlavə “tarixi məscid”, “şiələr məscidi”, “qələbə parkı məscidi” və iranlıların “Xatəmul-Ənbiya” məscidi də mövcuddur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button