ArxivXəbər lentiXəbərlər

Aydın Hüseynov: İran-Azərbaycan əlaqələrində yeni fəsil açıldı

Azərbaycan Milli Məclisin üzvü Aydın Hüseynov deyib: Azərbaycan prezidenti İlham Əliyevin İrana olan son səfəri iki ölkə arasında siyasi və iqtisadi əlaqələr səhnəsində yeni dövrün başlanğıcı sayılır.

Trend-in verdiyi məlumata görə, Aydın Hüseynov Azərbaycan prezidenti İlham Əliyevin İrana olan son səfərinin nəticələri barədə deyib: Bu səfər zamanı İran və Azərbaycan arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb. Bu sənədlər iki ölkənin mühüm sahələrlə bağlı əməkdaşlıqlarını əhatə edir və əlaqələrin daha artıq möhkəmləndirilməsi üçün etibarlı baza sayılır.

A.Hüseynov İranın yenidən dünya bazarlarına qayıtmasına işarə edərək, deyib: Azərbaycan İranın Avropa və dünya bazarına çıxışı üçün bir körpü rolunu oynaya bilər. Bu, hər iki ölkə üçün son dərəcə faydalı bir əməkdaşlıq olacaq.

Onun dediyinə görə, İran-Azərbaycan əlaqələri sadəcə iki ölkə üçün dyeil, bütün region üçün faydalı olacaq.

Azərbaycan prezidentinin İrana səfəri zamanı yüksək səviyyəli görüşlərdə siyasi və iqtisadi məsələlərlə yanaşı, təhlükəsizlik məsələləri barədə də danışıqlar aparılıb, ifratçılıq və terrorizm ilə mübarizə sahəsində birgə əməkdaşlıqlara təkid edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button