İslam İnqilabının Aliməqamlı Rəhbəri mütəhhər Şahçeraq hərəmində baş vermiş terror hadisəsi şəhidlərinin ailələri ilə görüşündə bu faciəli hadisənin ikiüzlü və qara qəlbli amerikalıları rüsvay etdiyini vurğulayıblar.
Aliməqamlı Rəhbərin ofisinin informasiya portalının məlumatına görə, Həzrət Ayətullaül-üzma Xamenei bu görüşdə Şahçırağ ziyarətgahındakı terror hadisəsini qəlblərdə kədərə səbəb olan, lakin tarixdə qalan bir hadisə kimi dəyərləndiriblər və bu şərin pərdəsi arxasındakı əllərin, yəni İŞİD-i yaradan kinli amerikalıların rüsvay olduğunu vurğulayıblar.
Həzrət Ayətullahül-üzma Xamenei zəvvarların öldürülməsini digər terror hadisələrindən fərqli və düşmən üçün ikiqat rüsvayçılıq hesab ediblər.
O, həzrət bəyan ediblər ki, bu hadisənin cinayətkar və satqın səbəbkarları ilə yanaşı, İŞİD terror təşkilatının əsas dəstəkçiləri və yaradıcıları da bu cinayətdə şərikdirlər. Onlar o qədər yalançı, qara ürəkli, biabır və ikiüzlüdürlər ki, sözdə insan haqları bayrağını qaldırsalar da, əməldə təhlükəli terror qrupları yaradırlar.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri qeyd ediblər ki, mədəniyyət və incəsənət qurumları Aşura kimi bu böyük hadisəyə və digər tarixi məsələlərə diqqət yetirməli və gələcək nəsillərə ötürməlidirlər.
Aliməqamlı Rəhbər mədəniyyət və media qurumlarına bu hadisə və digər tarixi hadisələrlə bağlı bədii əsərlər hazırlamağı tövsiyə edib və əlavə ediblər: “Biz İslam İnqilabının hadisələri və tarixi, düşmənlərin cinayətləri ilə bağlı məsələlərdə media və təbliğat işində geri qalırıq, belə ki, gənc nəslimizin keçmiş hadisələr, o cümlədən münafiqlərin cinayətləri haqqında çox məlumatları yoxdur”.
Qeyd edək ki, oktyabrın 26-da ağır silahlanmış İŞİD terrorçusu axşam Şiraz şəhərindəki cənab Əhməd bin Musa bin Cəfərin (əleyhissalam) hərəmində ziyarətçilərə və ibadət edənlərə atəş açıb, 13 zəvvarı, o cümlədən bir qadın və iki uşaqı öldürüb, ən azı 30 nəfəri yaralayıb.