ArxivXəbər lentiXəbərlər

Hacı İlqar İbrahimoğlu: Səudiyyəlilər İslam Ümmətinə cavab verməlidirlər

Azərbaycan Respublikası Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri və İçərişəhər Cümə məscidinin imamcamaatı Hacı İlqar İbrahimoğlu deyib ki, səudiyyəlilər Mina faciəsi qarşısında üzr istəyərək, İslam Ümmətinə cavab verməlidirlər.

Hacı İlqar İbrahimoğlu Mina faciəsini Yəmən, Bəhreyn, İraq və Suriya cinayətləri sırasında bilib və deyib ki, bu faciə qəsdən və ya qeyri-qəsdən törədilmiş olursa-olsun, Ərəbistnaın mahiyyətini göstərmiş oldu.

O, sonra deyib: Bu faciə göstərdi ki, Ərəbistan həcc mərasimini idarə etmək qüdrətinə malik deyil və islami ölkələrin iştirakı ilə bir komitə yaradılmalı və islami ölkələr növbə ilə həcc mərasiminin idarə edilməsinə başçılığı üzərlərinə götürməlidirlər.

Azərbaycan Respublikasında tanınmış bu ilahiyyatçı İraqın əmin-aman olmadığı bir halda, İmam Hüseyn(ə) Ərbəini mərasiminin iyirmi milyondan çox zəvvarın iştirakı ilə tam təhlükəsiz bir şəraitdə keçirilməsinə işarə edərək, söyləyib: Bu məsələ belə bir sual doğurur ki, nə üçün səudiyyəlilər hacıların təhlükəsizliklərinin təminində acizdirlər?

İçərişəhər Cümə məscidinin imamcamaatı özünün və Azərbaycan Respublikasının müsəlman cəmiyyətinin İranın böyük dini mərcələri, rəsmiləri və xalqının kədəri ilə bölüşdüklərini bildirərək, deyib: Ərəbistanın Bakıdakı səfiri də bu barədə dəxli olmayan sözlər söyləmişdi. Belə görünür, o, hələ anlamayıbdır ki, necə bir müsibət baş verib, yaxud da ki, səudiyyəlilər bu ləyaqətsizliyin məsuliyyətini qəbul etmək istəmirlər.

Azərbaycan Respublikası Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri sonda ümidvarlıq edib ki, müsəlmanlar qarşıdakı illərdə həccin idarəçiliyini üzərlərinə götürəcək və azad şəkildə və təhlükəsizlikdə İbrahim həcci mərasimini həyata keçirəcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button