ArxivXəbər lentiXəbərlər

Milli Şura mitinq hazırlığı görür

Siyasi birlik sosial şəbəkələrdə bununla bağlı müzakirələrə başlayıb, rəy çoxluğu nəzərə alınacaq.

qafqaz.ir/Manatın dollar qarşısında 50 faizə qədər dəyərdən düşməsi siyasi təşkilatları da hərəkətə gətirib. Gün ərzində ölkənin aparıcı təşkilat və partiyaları mövcud vəziyyətlə bağlı bəyanatlar verərək, hökuməti tədbir görməyə çağırıblar.

Gün ərzində müzakirə olunan məsələ isə qiymət artımına etiraz əlaməti olaraq mitinq keçirilməsi ilə bağlı olub. Mitinq keçirməklə bağlı hazırlıq görənlər sırasında Milli Şura yenə öncül yerdədir. Belə ki, siyasi təşkilatın tərəfdarları artıq Facebookda ilkin müzakirələrə başlayıblar və onun əhatəsini genişləndirməyi planlaşdırırlar.

Bildirilir ki, aparılan müzakirələrdə insanların mitinqlə bağlı münasibətləri əsas götürüləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button