AktualAktualArxivXəbər lentiXəbərlər

Culfa imam cüməsi: Aşurasayağı müqavimət Qarabağın azadlıq yoludur

Araz Azad Zonası, Culfa imam cüməsi höccətül-islam vəl-müslimin Salar Səncəri instaqram səhifəsində “Qarabağ azad olacaq” başlıqlı foto paylaşaraq yazıb: “Aşurasayağı müqavimət Qarabağın azadlıq yoludur.”

Qafqaz Mədəniyyət Mərkəzi – Araz Azad Zonası, Culfa imam cüməsi höccətül-islam vəl-müslimin Salar Səncəri instaqram səhifəsində “Qarabağ azad olacaq” başlıqlı foto paylaşaraq yazıb: “Aşurasayağı müqavimət Qarabağın azadlıq yoludur. Qarabağ bu gün fitnəyə düçar olub və bu fitnə müzakirə yolu ilə həll olası deyil.”

İmam cümə əlavə edib: “Azərbaycan və Ermənistan hökumətləri öz qüdrətlərini göstərmək üçün xarici ölkələrlə dost münasibətlər yaradıblar. Qarabağ məsələsi həll olduqda Ermənistan Rusiyadan, Azərbaycan Amerikadan ayrılacaq. İmperializm supergücləri öz maraqlarını güddüyü üçün Qarabağ fitnəsini həll etmək istəmir.”

Höccətül-islam Səncəri Qarabağ barədə referendumun keçirilməsi təklifini tənqid edərək yazıb: “Bu, çox gülünc bir təklifdir. Bakı Azərbaycanın bir hissəsi olduğu kimi Qarabağ da Azərbaycan ərazisidir və bu ölkədən ayrılmaz.”

Culfa şəhərinin imam cüməsi Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xameneinin “Qarabağın azad olunması yolunda hər kim həlak olsa, şəhiddir” fətvasına toxunaraq vurğulayıb: “Müqavimət, qeyrət və şücaət Qarabağın azadlıq yoludur. Azərbaycan siyasətçiləri məhərrəm və səfər aylarında bu ölkədə caz musiqi festivalı təşkil etmək əvəzinə Qarabağın azadlıq yolu olan Aşura mədəniyyətini genişləndirsinlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button