ArxivXəbər lentiXəbərlər

Con Kerri Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edəcək

ABŞ-ın dövlət katibi Con Kerri dünya turu çərçivəsində Vyanaya səfər edəcək.

 qafqaz.ir «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

 Onun sözlərinə görə, C.Kerri Avstriyanın paytaxtına səfəri zamanı Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək: “Dövlət katibi Rusiya və Fransa nümayəndələri ilə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək”.

 C.Kerri Vyanada həmçinin Liviya üzrə görüşdə və Suriyaya dəstək qrupunun iclasında iştirak edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button