ArxivXəbər lentiXəbərlər

Qarabağdan son görüntülər – FOTO

Fotolar Şuşa, Ağdam və Xankəndidə çəkilib.

Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsindən sonrakı 20 il ərzində aparılan sülh danışıqları hələlik konkret nəticə verməyib.

Diplomatlar tez-tez xəbərdarlıq edirlər ki, bu donmuş münaqişə hər an alovlana bilər. Amma Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarda əhali sanki heç nə olmamış kimi sakit həyatlarını davam etdirirlər. Ermənistan hökuməti müxtəlif proqramlarla işğal altında olan əraziləri məskunlaşdırmağa çalışır.

Oxu.Az AzadlıqRadiosuna istinadən xəbər verir ki, radionun əməkdaşı Margot Buff ötən ay Qarabağa – işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. Onun gətirdiyi fotoları təqdim edirik. (2014-cü ilin martında çəkilmiş fotolar)

Fotolar Şuşa, Ağdam və Xankəndidə çəkilib.

İndi istifadə olunmayan və 19-cu əsrə aid olan Şuşa məscidi.

Xankəndi. Mart 2014.

Xankəndidə bir suvenir dükanında satılan foto. Ov tüfəngi ilə silahlanmış nənə nəvəsi ilə.

Qarabağda erməni rejiminin özünə simvol seçdiyi “Nənə və baba” heykəli. Bu heykəl Xankəndi yaxınlığında 1967-ci ildə ucaldılıb.

Xankəndinin şimalında ərazinin minalardan təmizləndiyini göstərən işarə. Bu işarəni bir Britaniya təşkilatı həmin ərazidə quraşdırıb.

1993-cü ildə Ağdam işğal ediləndə şəhərin bütün əhalisi qovulub və şəhər erməni qüvvələri tərəfindən talan edilib.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Ağdam şəhəri büsbütün dağdılıb.

Viran edilmiş Ağdam şəhəri yaxınlığında azərbaycanlıların qədim qəbiristanlığı.

Şuşanın işğalından sonra bu şəhərdə tikilən Ghazanchetsots kilsəsi.

Şuşada qurulan Ghazanchetsots kilsəsinin qarşısında heykəl.

E.Ə.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button