ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranla Azərbaycan arasında yeni körpünün açılışı oldu

İranla Azərbaycan Respublikası arasında yeni körpü istifadəyə verilib

Bu gün İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikasının baş nazir müavini, həmçinin bir sıra digər yerli rəsminin iştirakı ilə iki ölkə arasında yeni sərhəd körpüsü istifadəyə verilib.

İranın Astara rayonunun mərkəzi bölməsinə daxil olan Bağçasaray kəndində sərhəd terminalı üzrə müvəqqəti platforma istifadəyə verilib.

Platforma xarici və İranın boş nəqliyyat vasitələrinin girişi üçün nəzərdə tutulub. Onun açılması ilə iki ölkə arasında tranzit avtomobillərinin giriş və çıxış həcmi artacaq və rayon boyu mövcud olan tıxac aradan qaldırılacaq.

Qeyd etmək lazımdır ki, müvəqqəti sərhəd keçidi platforması çərçivəsində Astaraçay çayı üzərində ikitərəfli avtomobil körpüsü də tranzit avtomobillərinin hərəkətləri üçün fəaliyyətə başlayıb.

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşın sözlərinə görə, uzunluğu səksən doqquz metr, eni isə otuz tam onda altı metr olan sözügedən körpünün inşası üçün beş tam onda səkkiz milyon avro xərclənib. Xərci “Azər-Pasilo” şirkəti çəkibdir.

Sözügedən yeni terminalın inşası və açılması ilə iki ölkə arasında ticarət mal giriş və çıxış həcmi artıb. Yeni platforma ticarət və yük üzrə sərhəd terminalı kimi fəaliyyət göstərəcək və mövcud terminal da sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button