ArxivXəbər lentiXəbərlər

Ruhani: Xoşunuz gəlsə də, gəlməsə də, Yəmən, Suriya və Fələstin xalqını qoruyacağıq

İran Prezidenti hərbi parad zamanı İranın hərbi potensialını daha da gücləndirəcəyini bəyan edib.
qafqaz.ir islamsesi.az -a verdiyi malomata gore .”İran öz raket potensialını daha da artıracaq. Hərbi gücümüz raket potensialından tutmuş, quru, hava və hərbi dəniz qüvvələrimizədək daha da təkmilləşdiriləcək. Hərbi gücümüz İranın lazım bildiyi həddə qədər gücləndiriləcək”.
İslamazeri.com RT-yə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün məhərrəm ayının daxil olması ilə əlaqədar Tehranda təşkil edilmiş hərbi paradda çıxışı zamanı deyib.
“Biz hərbi potensialımızı yalnız müdafiə məqsədilə gücləndiririk. Ölkəmizi müdafiə etmək üçün heç kəsdən icazə alası deyilik. Məqsədimiz ölkəmizi və regionu qlobal güclərin işğalından, həmçinin terrorizmdən qorumaqdır. Xoşunuz gəlsə də, gəlməsə də, Tehran təcavüzə məruz qalmış Yəmən, Suriya və Fələstin xalqını qoruyacaq”, – deyə İİR dövlət başçısı ölkənin rəsmi “İrna” televiziyasının canlı efiri ilə yayımlanmış çıxışında vurğulayıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button