ArxivXəbər lentiXəbərlər

ABŞ-da COVID-19 tələfatı 23640 nəfərə çatıb

ABŞ mediaları dünən gecə bu ölkədə koronavirusdan ölənlərin sayının 23 min 640 nəfərə çatmasından xəbər veriblər.

ABŞ mediaları həmçinin bildiriblər ki, Amerikada koronavirusa yoluxanların sayı 586 min 941 nəfərə çatıb.

Amerika hazırda istər yoluxanların, istərsə də ölənlərin sayı baxımından bu xəstəliyə düçar olan ölkələrin önündə gedir.

Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olubdur.

Ümumdünya Səhiyyə Təşkilatı martın 24-də elan etdi ki, Amerika yaxın gələcəkdə ehtimal üzrə koronavirusun sirayət etməsi ocağına çevriləcək.

Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.

Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.

Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button