ArxivXəbər lentiXəbərlər

Rusiya Azərbaycanda hərbi baza yaratmaqdan imtina etdi

Rusiya Azərbaycanın Qəbələ rayonundakı “Daryal” radiolokasiya stansiyasının (RLS) yerində “Voronej” tipli yeni RLS tikməyəcək. Rusiya xaricdə bu tipli sistemlər yaratmağı ümumiyyətlə məqsədəuyğun saymır.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun Baş Qərargah rəisi, general-mayor Anatoli Nesteçuk məlumat verib.

“Hesab edirəm ki, yerli sistemlər Rusiya ərazisində yerləşməli və müvafiq vəzifələrin yerinə yetirilməsinə zəmanət verməlidirlər” – deyə general Nesteçuk RSN radiosunda efirə gedən “Baş qərargah” verilişinin aparıcısının Rusiyanın Qəbələdə “Voronej” tipli RLS tikib-tikməyəcəyi barədəki sualını cavablandırarkən bildirib.

General xatırladıb ki, bu gün Rusiya hüdudlarından kənarda Qazaxıstanda “Dnepr” RLS, Belarusda isə “Volqa” RLS fəaliyyət göstərir.

Qəbələ RLS

“Lakin bu iki strateji istiqamətdə yerləşən stansiyaları əvəzləmək üçün də kifayət qədər geniş imkanlarımız var” – deyə general Nesteçuk əlavə edib.

Yada salaq ki, “Voronej” RLS Rusiyanın Rusiyanın üfüqüstü RLS sistemidir. Bu sistem raket hücumu barədə ən yüksək xəbərdarlıq sistemidir. “Voronej” RLS ballisitik, kosmik və aerodinamik obyektləri, o cümlədən ballisitik və qanadlı raketləri aşkarlamaq gücündədir.

Onu da bildirək ki, Rusiyanın bu ölkənin tərk etdiyi Qəbələ RLS-in yerində yeni hərbi bazanın tikəcəyi barədəki informasiyanı Rusiya Müdafiə Nazirliyinin əsas informasiya ruporu olan “Zvezda” telekanalı bir müddət öncə yaymışdı. Bu informasiya Azərbaycanda birmənalı qarşılanmamışdı.

Qəbələdəki “Daryal” RLS-in icarə müddəti 2012-ci ilin dekabrında başa çatıb. Rusiya ilə Azərbaycan arasında bu stansiyanın icarə müddətinin uzadılmasına dair uzun-uzadı danışıqlar aparılsa da tərəflər razılığa gələ bilməmişdilər. Nəticədə Moskva Qəbələ RLS-i bağlamağa qərar vermişdi.

Virtualaz.org

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button