ArxivXəbər lentiXəbərlər

İRNA agentliyi İran-Azərbaycan əlaqələrinin inkişafı haqqında məqalə verib

İranın İRNA informasiya agentliyinin saytında Azərbaycan ilə İranın ikitərəfli əlaqələrinin inkişafına həsr olunmuş məqalə yerləşdirilib.

“İran və Azərbaycan qarşılıqlı münasibətlərin inkişafı” sərlövhəli yazıda ölkəmizin keçdiyi yol və qazandığı uğurlar barədə ətraflı məlumat verilib.

Qeyd olunur ki, Azərbaycan İranın şimal qonşusudur və ölkələr arasında qədim tarixi, mədəni əlaqələr mövcuddur. İki ölkənin coğrafi yaxınlığı iqtisadi və siyasi əlaqələrin inkişafını zəruri edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələri qurub və bu əlaqələr yüksələn xətlə inkişaf edir.

Məqalədə diqqətə çatdırılır ki, hər iki ölkənin prezidenti siyasi iradə nümayiş etdirərək son iki ildə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək qərarına gəliblər. İki qonşunun yaxın əməkdaşlığı xalqların firavanlığına xidmət edir. Məhz buna görə də prezidentlər cari ildə qarşılıqlı səfərlər edərək əməkdaşlıq haqqında əhəmiyyətli sənədlər imzalayıblar.

Yazıda iki ölkə arasındakı ticarət dövriyyəsi, qarşılıqlı investisiya qoyuluşu, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdəki əlaqələrin perspektivləri haqqında təhlil aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button