ArxivXəbər lentiXəbərlər

İranın keçmiş səfiri: “Son 4 ildə ölkələrimiz arasında mövcud anlaşılmazlıqlar aradan qaldırılıb”

“Azərbaycanda səfir olduğum müddətdə əldə etdiyim nailiyyətlərdən biri də APA-nın Tehranda ofisinin açılmasıdır”.

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M. Pakayin bildirib ki, Azərbaycanda səfir olduğu 4 il müddətində iki ölkənin əlaqələri gözlənilməz dərəcədə inkişaf edib, anlaşılmazlıqlar aradan qaldırılıb və iki ölkə arasında qarşılıqlı inam atmosferi yaranıb: “Düşünürəm ki, bu 4 ildə qarşıma qoyulan məqsədlərə çatdım. Ümid edirəm ki, bundan sonra da iki ölkə arasında əlaqələrdə daha yüksək nailiyyətlər əldə etmək üçün iş görüləcək”.

M. Pakayin deyib ki, bütün bu nailiyyətlərdə İran və Azərbaycan mətbuatının rolu danılmazdır. “Həm İran, həm də Azərbaycandan mətbuat nümayəndələri qarşılıqlı səfərlər ediblər. Səfərlər zamanı iki ölkənin jurnalistləri əməkdaşlıq potensialını dəyərləndiriblər”.

Diplomat əlavə edib ki, bəzi əcnəbi mətbuat orqanları qərəzli xəbərlər yaymaqla, İran-Azərbaycan münasibətlərində anlaşılmazlıqlar yaratmağa çalışsalar da, İran səfirliyinin mətbuatla qurduğu əlaqələr bunun qarşısını alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button