İran İslam Respublikası və Rusiyanın Azərbaycandakı səfirləri görüşüb.
Qafqaz.ir-nin məlumatına əsasən, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Cənubi Qafqaz regionunda baş verən son hadisələr, mübahisələrin sülh yolu ilə həlli üçün regiondaxili həll yolları, xüsusən də münaqişənin həlli yolları ilə bağlı 3+3 təşəbbüsü, eləcə də iki ölkənin iqtisadi və tranzit sahələrində əməkdaşlığı, xüsusilə şimal-cənub dəhlizi məsələlərini müzakirə edib və fikir mübadiləsi aparıblar.