ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türk lirəsi yenidən ucuzlaşıb

Reuters-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın faiz dərəcələrini endirməyə davam edəcəyinə dair vədindən qaynaqlanan inflyasiyanın artması ilə bağlı narahatlıqlar çərşənbə günü türk lirəsinin dollar qarşısında 0,9 % ucuzlaşaraq bu ilki zərərin 22 %-ə çatmasına səbəb olub.

Lirə ABŞ valyutası qarşısında dünənlə müqayisədə 16,7650-dən 16,93-ə çatıb. Qeyd edək lirənin dollar qarşısında ən böyük süqutu 20 dekabr 2021-ci ildə baş vermişdi.

Bazar ertəsi Türkiyə Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan hökumətin faiz dərəcələrini artırmayacağını, lakin yüksək yaşayış xərcləri qarşısında aşağı salmağa davam edəcəyini bildirib.

Ötən il lirə 44% ucuzlaşaraq bir neçə il ardıcıl olaraq yeni bazarlarda ən pis göstəriciyə malik olmuşdu. Bu vəziyyət əsasən Ərdoğan hökumətində iqtisadi və pul siyasətləri ilə bağlı narahatlıqlardan qaynaqlanır.

0 şərh

0 

  

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button