ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Abgül Süleymanov: Allah təhqir olunur, hökumətin əks əməlini görmürük

əqidə məhbusu Abgül Süleymanov hökumətə ünvanlanan müraciətində yazır: “Hökumətin güc struktorlarının inzibatı binalarında məhkəməyə gedən insanların başına torba keçirib,aparıb,şalvarlarını əyinlərindən çıxarıb, üstəlik bununla yanaşı Allahı söyən şəxslər niyə cəzalanmırlar? Artıq iki həftədən çoxdur ki, bu məsələ ictimailəşib desək az olar, artıq siyasiləşməyə doğru gedir. Belə ki,xarici ölkələrdən münasibətlər bildirilir.Bəs niyə görə yuxarıdan bu məsələyə aydınlıq gəlmir ? Bu nə müsəlmançılıqdır, bu nə ədalətdir? “Bakı,islam mədəniyyətinin paytaxtıdır” deyilir, bəs necə olur ki, islamçıların şalvarları çıxarılır?

Abgül Süleymanov qeyd edir ki,bu hərəkətlər nə bizim dinimizlə, nə də mintalitetimizlə düz gəlmir. Bu lazımsız hərəkətlər “Bakı islam mədəniyyətinin paytaxtıdır” fikrinə qarşı şəkk-şübhələr yaradır, xələl gətirir.

Əqidə məhbusu sonra bildirir: “Əgər belə deyilsə, Allahı söyən şəxsi axtarıb, tapıb, cəzalandırın. Sizin ki, gücünüz var,niyə bu məsələyə soyuq yanaşırsınız? Bu məsələni araşdırmağın ən birinci faydası elə hakimiyyətin özünə olacaqdır. Çünki cinayət məcəlləsində deyilir ki, əgər məhkəmədə hakim məhkum tərəfindən təhqir olunarsa, təhqir edən şəxs cəzalanmalıdır. Ən böyük və gözəl hakim olan Allah təhqir olunur, bəs o niyə öz cəzasını tapmır və bu məsələyə laqeyd yanaşılır. Mən demirəm tutun,edam edin və ya şallaqlayın, ən azı onun layiqli cəzası nədir göstərin, görək. Dələduz icra başçılarını tutduğu vəzifədən kənarlaşdıran və onların bəzisini həbs edən kəs Allahı təhqir edən kəsi də cəzalandıra bilər. Bu məsələ öz həllini tapmazsa məsuliyyət hökümətin üzərində olacaqdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button