ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ayətullah Xamenei: Həcc İslam ümmətinin vəhdətinin təzahürüdür

 İslam İnqilabının böyük rəhbəri Ayətullah əl-üzma İmam Xamenei ötən gün səhər (çərşənbə günü) İran İslam Respublikasının Həcc və ziyarət rəsmiləri ilə görüşündə Həcc ziyarətini insan həyatının sütunu hesab edərək, fərdi və ictimai həyatın müxtəlif sahələri üçün mühüm mesajlar və dərsləri özündə ehtiva etdiyini bildirmişdir. O, həmçin zəvvarların təhlükəsizliyinin təmin edilməsi zərurətinə toxunaraq bunu İslam Respublikasının bir tələbi kimi irəli sürmüşdür.

İmam Xamenei Həcc ziyarətini digər dini ayinlərdən fərqli rakurslara, ölçülərə malik, əhatəli, düşünülmüş ilahi proqram adlandıraraq deyib: Qurani-Kərim Həcci “qiyamən linnas” deyərək qısa bir cümlə ilə həccin hikmətini insan həyatının sütunu olaraq ifadə edir. Həcc insana və sonrakı nəsillərə həyat elementlərini necə seçməyi öyrədən təlimlər və məşqlərdən ibarətdir.

Ayətullah Xamenei “birgə yaşam təlimi”, “sadəlik” və “günahlardan və əlçatan, lakin ehtiyat edilməsi vacib olan şeylərdən çəkinməyi” həccin vacib dərsləri adlandırıb və bir neçə kəlmə ilə nəsihət olaraq belə əlavə edib: “Bütün zəvvarlar və həcc məmurları bu böyük nemətin qədrini bilsinlər. Bunun şükürü isə Allaha yaxın olmaq niyyəti və işləri möhkəm, dəqiq və təşəbbüslə yerinə yetirməkdən ibarətdir.”

O, zəvvarların bu çox mühüm mənəvi səfərə batini hazırlıq görmələrini və alış-veriş kimi lüzumsuz şeylərdən çəkinmələrini vurğulayaraq deyib: “Həcc səfərinin əsl sovqatı Məscidül-Həramda Quran oxumaq, namaz qılmaq və təvaf etməkdir. Dəyərli vaxtı boş işlərə sərf etmək olmaz.”

Həccin İslam ümmətinin vəhdətinin təzahürü olduğuna işarə edən Həzrət Ayətullah Xamenei deyib: “Bütün səylər ortaya qoyulmalıdır ki, müsəlmanların vəhdəti məsələsinə heç bir xələl gəlməsin, xüsusi ilə də ingilis hiylələrindən biri olan sünni-şiə ixtilafları.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button