وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَىٰ(نجم 39)
İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar! (nacm 39)
Artıq onun-bunun əlinə baxmağa öyrəşmişdi, əli işə yatmırdı. Hər həftə məscidə gəlir, nalə-fəryad edərək deyirdi ki, ay camaat, mənə kömək edin, çarəsizəm, imkansızam…
Bir gün məscidin ruhanisi onu bir qırağa çəkib dedi: – Əgər bir az himmət etsən, sənin üçün bir iş taparam. Öz ağan olarsan. İmam Hüseyn (ə) buyurur: “Başqalarından kömək istəmək rəva deyil; yalnız üç yerdə istisnadır: ağır xərci ödəmək, yoxsulluqdan qurtulmaq, diyə və xəsarət kimi şeyləri ödəmək üçün”.
Ümid işığı tapan adamlar kimi yuxarı baxdı, sonra razılıq əlamətini bildirərək başını tərpətdi.