Tarix

Azərbaycanda tarixdə qalan məhşur qadın cinayətkarlardan biri

Azərbaycanda tarixdə qalan məhşur qadın cinayətkarlardan biri də Zerkalo Klara olub.

Zerkalo Klara… Əsil adı – Klara Yusifzadə. 1934-cü ildə Şuşada Azerbaycanın tanınmış inqilabçısı Ağababa Yusifzadənin ailəsində dünyaya göz açıb. 3 yaşı olarkən atası represiya qurbanı olub. Vətən müharibəsi başlananda qardaşları cəbhəyə yollandıqdan sonra imkansızlıqdan cinayət aləminə düşüb. İlk dəfə həbsə girərkən 15 yaşı olub. Ömrünün 32 ilini dəmir barmaqlıqlar arxasında keçirmişdir. Zerkalo ləqəbi ona çox gözəl bir xanım olduğu üçün verilmişdir. Maraqlısı odur ki, arxivdə bütün sənədlərdə onun adı “KlaraYusifzadə Ağababa oğlu” yazılıb. Zerkalo Klara kişi qeyrətli qadın “Pristupnik” olub. Lotu Bəxtiyarın qadın cinayətkarlar və əsasən də Zerkalo Klara haqqında bir kəlmə sözü olub: Batya diyib ki, “Qadından Oğru olmaz”.. Amma Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onları “Vorovixa” kimi qəbul ediblər! Zerkalo Klara 50-60-cı illərdə “Pəncəli Aslan” və “Paxan” ləqəbləriylə tanınan şəxslərin rəhbərlik etdiyi “banda”nın üzvü olub, həmin məhşur “banda” Azərbaycanın kriminal tarixində “Qara Volqa” kimi tanınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button