Aktual

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, bu gün yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s) hicri 173-cü il, Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açıb. Həzrət Məsumə (s) İmam Rzanın (ə) , həzrət Həkimənin(s) ( Bibi Heybət ləqəbi ilə məşhurdur.Qəbri Bakı şəhərinin girəcəyində yerləşir), həzrət Rəhimənin (s) (qəbri Bakının Nardaran qəsəbəsində yerləşir) bacısıdır. İmam Rza (ə) Mərv şəhərinə aparıldıqdan sonra, o xanım qardaşını ziyarət etmək üçün Mədinədən Mərvə səfər edir. Save şəhərinə çatdıqda həzrət Məsumə (s) gözlənilmədən xəstələnir və səfərini davam etdirə bilmədiyi üçün şiələrin mərkəzi olan Qum şəhərinə gedir. O xanımın Quma daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır.Xəstələnməsindən 10 gün keçdikdən sonra Rəbius sani ayının əvvəllərində əbədiyyətə qovuşur. Qəbrı hal hazırda Qum şəhərində möminlərin ziyarətgahına çevrilmışdır. İmam Sadiq (ə) buyurmuşdur: ” Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi Qum şəhəridir.( Biharul -ənvar, c60, səh 266) İmam Cavad (ə) buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”. Həzrət Məsumənin (s) Ziyarətgahı İmam Zamanın (ə f) ziyarətgahıdır Böyük övliyalardan biri yuxuda bir şəxsin ona belə dediyini görür: “ Hazırda İmam Zaman (ə) bibisinin (həzrət Məsümənin (s) ) qbrini ziyarət edir. Ziyarət sona yetdikdən sonra İmam (ə) sizə gələcəkdir.Lakin, kitabxananızda müxalif kitablar çoxdur. O həzrət onları xoşlamır.Sən kitabları kitabxanadan xaric etməlisən!” O, deyir: “Mən tez o kitablarıkitabxanamdan xaric etdim”. Sonra ona deyir: “Bu xalçaları da yığışdır. İki dənəsi kifayət edər.Lakin, xalçaların resmləri görsənməsin deyə onalrı çevir”. Bu sadiq yuxu həzrət Məsumənin(s) hərəminin əzəmətini nəzərə çarpır.Həmçinin, İmamla (ə) görüşmək istəyinə nail olmaq üçün Əhli-beyt (ə) məhəbbətini ürəkdə möhkəmləndirməli və onalrın müxaliflərinə nifrət etmək lazımdır.Habelə, dünyanın fani zinətlərinə goz yumaraq, haramdan uzaq, halal ruzi ilə sadə həyat yaşanılmalıdır.Bu halda İmam zamanla (ə f) görüşmık səadəti asanlaşacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button