ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü keçmiş təhsil naziri Misir Mərdanov televiziyaları tənqid edib

Mərdanov, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən Azərbaycan Respublikasında telekanalların durumunu kəskin qınayıb: “Televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır”,- deyə keçmiş nazir bildirib.

Misir Mərdanov telekanalların milli-mənəvi dəyərlərə diqqət yetirilməli olduqlarını vurğulayıb: “Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – M.Mərdanov bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button