ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Zəfər Alimov dünən xarici və yerli media nümayəndələrinin iştirakı ilə keçirilən bir mətbuat konfransında deyib: Nukusdakı iğtişaşlardan dərhal sonra başlanan təhqiqatın ilkin nəticələri qaneedici şəkildə sübut edir ki, bu hadisələr təsadüfi olmayıb və öncədən xaricilərin müdaxilələri ilə planlaşdırılıbdır.

Alimov əlavə edib: Hal-hazırda təhqiqatın məxfiliyinə görə, detallara işarə etmək mümkün deyil, amma həbs edilənlər arasında həmin anlarda Qaraqalpaqıstanın mərkəzində olmaları təsadüfi olmayan xarici ölkələrin nümayəndələri də var.

Bu mətbuat konfransında iştirak edən Özbəkistan milli qvardiyasının rəis müavini Hamidcan Dadabayev də deyib: Vaxtında görülən tədbirlərlə Nukus şəhərində vəziyyət tamamilə sabitləşib. İaşə və satış mərkəzləri, çörəkxana və bazarlar keçmişdə olduğu kimi fəaliyyət göstərirlər.

Dünən səhərdən etibarən, hərbçilər və hərbi texnika Qaraqalpaqıstanın mərkəzi olan Nukus şəhərini tərk ediblər. Yalnız bəzi ayrı-ayrı inzibati binalar hələ də milli qvardiyanın xüsusi təyinatlı qüvvələri tərəfindən mühafizə olunmaqdadırlar.

Özbəkistanın mövcud qanununda Qaraqalpaqıstan Muxtar Respublikası Özbəkistanın tərkibində olan və referendum yolu ilə bu ölkənin ərazisindən ayrıla bilən ərazi kimi təsvir edilir. Amma əlaqədar referendumun qarşıdan gələn aylarda keçirilməsi və mətnində dəyişikliklərin aparılması nəzərdə tutulan Özbəkistan əsas qanununun yeni versiyasında daha Qaraqalpaqıstan Muxtar Respublikasının suverenlik və ya ayrılma hüquqlarına işarə olunmur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button