Xəbərlər

Rusiyanın məşhur nəşri Azərbaycanda vəhhabi təhlükəsindən yazdı

Rusiyanın “Novoya qazeta” mətbu orqanı bugünkü sayında Azərbaycandakı dini proseslərlə bağlı məqalə yazılıb.Azərbaycanın dünyada tolerantlıq nümunəsi ola biləcək ölkələrdən biri kimi qeyd olunan yazıda Çeçenistandakı müharibədən sonra ölkədə dini radikalların – vəhhabilərin sayının artdığı göstərilir. “Novoya qazeta” iddia edir ki, Azərbaycanda vəhhabiliyin yayılmasına Səudiyyə Ərəbistanı sponsorluq edir. Onlar xeyriyyəçilik pərdəsi altında məcburi köçkün və yaşayış səviyyəsi aşağı olan insanlar arasında öz ideyalarını yayırlar. Onlara xarici dini müəssisələrdə dini təhsil almağa dəvət edən səudiyyəli missionerlər böyük maliyyə imkanlarına malikdirlər. Yazıda vəhhabilərin bir neçə il əvvələ kimi 15-20 min arasında olduğunu qeyd edən müəllif hazırda küçələrdə hicablı qadınların və saqqallı gənclərin çox olduğunu müşahidə edib. Müəllif vəhhabilərin cəmiyyətdə mövqelərini bərkidərək artıq hüquq-mühafizə orqanlarına belə müqavimət göstərdiyini qeyd edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button