ArxivXəbər lentiXəbərlər

Azərbaycanda işsizlərin sayı nə qədərdir ?

2015-ci il iyunun 1-nə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 4 milyon 859,8 min nəfər olub, onlardan 4 milyon 623,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

 Dövlət Statistika Komitəsindən AzadXeber.az-a verilən məlumata görə, rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,3 min nəfər olub, onların 39%-ni qadınlar təşkil edib.

 Qeyd edək ki, 2015-ci il may ayının 1-i nə olan məlumata görə, isə ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub. Beləliklə bir ay ərzində rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 100 nəfər də artıb.

 Əksinə müvavinətlərin orta məbləğində son 3 ayda azalma müşahidə olunub:

 Belə ki, 2015-ci il aprelin 1-nə müavinətin orta məbləği 254,4 manat, mayın 1-nə 248,3 manat, iyunun1-nə olan məlumata görə isə, 239,6 manat təşkil edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button