Aktual

İmad Müğniyənin terror edilməsi əmrini kim vermişdi? + FOTO

İmad Müğniyənin terror edilməsi əmrini kim vermişdi?

Kuhən, 20 ilə yaxın Mossadın xüsusi əməliyyat departamentinin bütün şöbələrində fəaliyyət göstərib. O bu departamentə başçılığı öhdəsinə almazdan öncə Keydun bölməsinin rəhbəri idi. Ötən həftələrdə mətbuat sionist rejimin Milli Təhlükəsizlik Şurasının başçısı Yaakov Amidrorun öz vəzifəsini yeni simaya təhvil verəcəyini yazdı-Mossadın yüksək rütbəli zabiti və Mossadın rəis müavini Yusi Kuhən, Tamir Pardo.
Bəzi sionist KİV-nin o cümlədən Haartiz, İsrail Taymz qəzetləri onun keçmişi barədə bəzi məlumatları açıqladılar. Amma KİV-in ən çox vurğuladığı onun əməliyyat keçmişi idi. 52 yaşlı Yusi Kuhən Mossadda 30 illik keçmişi var və 20 ilə yaxın kəşfiyyat və xüsusi əməliyyatlar (terror) dairəsində fəaliyyət göstərib.
Kuhən, 20 ilə yaxın Mossadın xüsusi əməliyyat departamentinin bütün şöbələrində (məxfi və terror əməliyyatlar) fəaliyyət göstərib. Onun əsas əməliyyatlarından Keydunun rəhbərliyi dövründə 1995-ci ilin oktyabrın 26-da Malta adasında şəhid Fəthi Şəqiqini terror edilməsi, habelə İordaniyanın paytaxtı Əmmanda Xalid Məşələ qarşı uğursuz terrora işarə etmək olar. Onun Mossadın əməliyyat departamentinə rəhbərliyi zamanı ən əsas əməliyyatını 2008-ci il fevralın 12-də Livan Hizbullah İslam Müqaviməti Hərəkatının komandiri İmad Müğniyənin terror edilməsini bilmək olar.
ayri köhnə terrorlər bu şöbə idarə zəmaninda ki Mossadin nəzərindən ciddikeçirilmişdir,İranın nüvə alimlərinin terrordi.
İranin nüvə şəhid alimləri: Şəhid Məsood Əli Məhəmmədi 12 yanvar 2010, ,Şəhid Məcid Şəhriyari 29 noyabr 2010, Şəhid Dariuş Rizayinejad 23 iyul 2011 və Şəhid Mostafa ƏhmədiRoşən 11 yanvar 2012, Bütün sifarişlər Yusi kohən sözlərinən olub.
Mossad əməkdaşları Yusi Kuhəni terror ustası və terror əməliyyatları planlarının düşünən beyni qurucusu kimi tanıyırlar. O öz qanlı terror əməliyyatları və bu işdə müvəffəqiyyətlərinə görə sionist rejimin “birinci dərəcəli müdafiə nişanı”nı alıb.
Kuhən bu terror keçmişi ilə Netanyahunun Milli Təhlükəsizlik müavini və kabinetinin Milli təhlükəsizlik naziri vəzifəsinə gətirilib. Kuhənin bu vəzifəyə yüksəlməsinin sirri nədir? Görəsən, o yeni vəzifəsində Səudiyəli bin Sultan ilə yenə regiondakı müqavimət əleyhinə yeni silsilə terror əməliyyatları planlaşdıracaq və idarə edəcəkmi? Regionda baş verəcək hadisələr bu suallara aydınlıq gətirəcək.
İmad Müğniyə
Hacı Rizvan adi ilə tanınan İmad Müğniyə 20 ildən yuxarı cihad və müqaviməti davam etdirdiyinə görə dünyanın ən azı 42 kəşfiyyat təşkilatı tərəfindən axtarılırdı. ABŞ və sionist rejim kəşfiyyatları onu sionist rejim əleyhinə müxtəlif əməliyyatlarda ittiham edirdilər. Bu qəhrəman mücahid media qrupları qarşısına çıxmağı sevməzdi. Onu müxtəlif ad və künyələrlə tanıyırdılar. Hizbullahın rəhbəri Seyid Həsən Nəsrullah ona “Hacı İmad” deyirdi. Sionistlər ona “Şiə Bin Ladeni”, amerkalılar ona “Ən Böyük Qatil” deyirdilər.
Amerika, İmad Müğniyənin başına görə 25 milyon dollar mükafat təyin etmişdi və dünyanın 42 ölkəsi onun tutlması və oldürülməsi üçün dayanmadan səy göstərirdilər. Müğniyə şəhadətindən qabaq bir neçə dəfə terror əməliyyatından canını qurtara bilmişdi. Seyid Həsən Nəsrullah Hizbullahın rəhbəri olduqdan sonra bir müddət siyasi səhnədə fəaliyyət göstərdi və sonra Hizbullahın hərbi qolununun idarəsini öhdəsinə aldı.
Fotolər:

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button