ArxivIslamXəbər lentiXəbərlər

İmam Rza (ə) zəvvarlarına müjdə: Naxçıvan-Məşhəd qatar reysi, Bakı-Məşhəd təyyarə reysi açılır

Məşhəd-Bakı-Məşhəd və Şiraz-Bakı-Şiraz təyyarə reyslərinin açılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

qafqaz.ir/APA-nın məlumatına görə, bunu İRNA informasiya agentliyinə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.  Cari ilin payızında bu reyslərlə ilk azərbaycanlı turistlərin Məşhəd və Şiraz şəhərlərinə səfərləri təşkil olunacaq.  İlk dəfə olaraq Naxçıvan-Məşhəd qatarının da payız aylarında istifadəyə veriləcəyi gözlənilir.  M. Pakayin qeyd edib ki, hazırda Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi davam edir. Bu körpü hər iki ölkənin dəmir yolları sistemlərini birləşdirəcək və Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edəcək.  Xatırladaq ki, bir müddət əvvəl Tehran-Bakı-Tehran təyyarə reysi istifadəyə verilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button