ArxivXəbər lentiXəbərlər

İranda islam inqilabının banisi Ayətullah Xomeyninin vəfatının ildönümü qeyd edilir

Ayətullah Xomeyninin vəfatının ildönümü qeyd edilir.

İranda bugün islam inqilabının banisi Ayətullah Musəvi Xomeyninin vəfatının 26-cı ildönümü qeyd edilir

 İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, Ayətullah Xomeyninin vəfatı ilə bağlı mərasim İran prezidenti və ölkənin digər rəsmilərinin iştirakı ilə onun məqbərəsində keçirələcə. İran prezidenti Həsən Ruhani iranlılar qarşısında çıxış edəcək.

 Ayətullah Musəvi Xomeyni 1989-cu il iyunun 3-də vəfat edib .

 Ayətullah Musəvi Xomeyninin İranda həyata keçirdiyi inqilab, o zamanın mövcud siyasi prosesləri ilə müqayisədə, dünyada siyasi proseslərin inkişaf və hərəkət istiqaməti, müsəlman ölkələrinin o zamankı durumu ilə müqayisədə, demək olar ki, XX əsrin əsl siyasi zəlzələsi hesab olunur. Bu inqilab dünyada imperializm və sosializmin inkişaf etdiyi bir zamanda, sözügedən qütblərə meydan oxuyan bir cərəyanı ərsəyə gətirdi. İnqilabın həyata keçirdiyi yeni ictimai və siyasi model dini mənbələrdən qaynaqlığından böyük əksəriyyətin təəccübünə səbəb oldu. Çünki islam dünyasında indiyə qədər heç bir dini xadim “müctəhidin və dini alimin hakimiyyəti” kimi modeli ərsəyə gətirməmişdi və ən azı buna cürət etməmişdi. Sözügedən inqilab İran daxilində 2500 illik şahənşah rejimini devirmək və ölkədə dini demokratiyanı bərqərar etməklə yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.

 Bu inqilab islam dünyasında nisbətən azlıq təşkil edən, şiə məzhəbinin əsaslarına söykənsə də, İran daxilində qələbə çaldıqdan sonra Fələstin, Livan, Balkan ölkələri, Suriya, Ərəbistan yarımadasında və şimali Afrikada hegomonluğa qarşı səfərbərliyi yaratdı. Zaman keçdikcə inqilabın təsiri islam ölkələrini bürüyə bilərdi. Buna görə də islam dünyasının içindən yeni bir qabaqlayıcı qondarma və süni cərəyan işə salınmalı və “vəhhabi”lik kimi bölgədə məzhəblərarası qarşıdurmanı və onlar arasında ikrah hissini oyadan hərəkat ərsəyə gətirilməli idi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button