AktualAktualArxivXəbər lentiXəbərlər

Həqiqətpur: Dağlıq Qarabağ ərazisində “referendum” keçirmək qanuni deyil/Nə üçünAzərbaycan Ermənistanla əlaqələrini kəsmir?

Həqiqətpur Ermənistan dövlətinin Dağlıq Qarabağda referendum keçirməsini tənqid edərək deyib: “Bir ölkənin bir ərazini işğal edərək onun üçün dövlət və məclis təyin etməsi meşə qanununun nümunəsidir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Mənsur Həqiqətpur bir müsahibəsində Ermənistanın Dağlıq Qarabağda referendum keçirməsinə toxunaraq deyib: “Ermənistanın bu işi etməyə haqqı yoxdur. Qarabağ, Azərbaycana məxsusdur və onun haqqında hər bir qərarı yalnız Azərbaycan dövləti verə bilər”.
M. Həqiqətpur əlavə edib: “Ermənilərin bir bölgəni işğal edib, orada hərbi qüvvə yerləşdirərək, sonra daorada dövlət təyin etmələri, məclis qurmaları və referendum keçirmələri meşə qanunlarının icrası deməkdir”.
İslami Şura Məslisinin sədrinin müşaviri vurğulayıb: “Ermənistan dövlətinin bu hərəkəti səhvdir”.
M. Həqiqətpur Qarabağ müharibəsində İranın Ermənistanı dəstəkləməsi barədə şayələrə aydınlıq gətirərək vurğulayıb: “Bu sözü deyən kəs çox böyük səhv etmişdir. Azərbaycan sərdarının filmi İranın Azərbaycana hansı yardımlar etdiyini göstərir”.
O, Azərbaycan Respublikasının bəzi siyasi rəsmilərinin sərt açıqlamalarına toxunaraq vurğulayıb: “Belə bir mövqedən çıxış edənlər ya Türkiyəyə bağlıdırlar, ya da İsrail ilə münasibətdədirlər. Onlar heç vaxt İranla münasibətlərin genişlənməsini istəməyiblər”.
Parlament sədrinin müşaviri bildirib: “İndi Azərbaycan tərəfi bizdən kömək istəyir. Biz kömək etmişik və yenə də kömək edəcəyik. Ancaq iş başında oturmuş bəzi adamların ədəbsizliyini və insafsızlığını gizlədə bilmərik”.
Ərdəbil əhalisinin İslami Şura Məclisində sabiq nümayəndəsi İran və Ermənistan arasında münasibətlərə də toxunaraq deyib: “İranın Ermənistanla adi münasibətləri vardır və biz qonşularımızla münasibətlərimizi qıra bilmərik. Bəs nə üçün özləri Ermənistanla əlaqələrini kəsmirlər? İlham Əliyev dəfələrlə Ermənistan prezidenti ilə görüşmüşdür”.
M. Həqiqətpur müsahibəsinin sonunda deyib: “Çox təssüf ki, onlar sionistlərin Azərbaycan Respublikasında cövlan etmələrinə icazə verirlər. Sionistlərin məntəqədə siyasi məqsədləri vardır və əgər onlar İran İslam Respublikasında sabitliyi pozmaq üçün Azərbaycan ərazisindən istifadə etsələr, bərk peşman olacaqlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button