ArxivXəbər lentiXəbərlər

İranın “AsiaTech” şirkəti müştərilərinə Azərbaycan dilində də xidmət göstərəcək

İranda fəaliyyət göstərən “AsiaTech” informasiya texnologiyaları şirkəti müştərilərinə fars dili ilə yanaşı, Azərbaycan dilində də xidmət göstərəcək.

Bu barədə açıqlama verən şirkətin Baş direktoru Məhəmmədəli Yusifzadə bildirib ki, müştərilərlə əlaqəni asanlaşdırmaq və onların problemlərini vaxt aparmadan həll etmək üçün şirkətin xidmət mərkəzlərində müştərilərə fars dili ilə yanaşı, Azərbaycan dilində də xidmət göstəriləcək.

Baş direktor diqqətə çatdırıb ki, bu xidmət mərkəzlərinə Azərbaycan dilini mükəmməl bilən gənclər işə qəbul ediləcək. Bu xidmət ilkin olaraq İranın Zəncan, Ərdəbil, Təbriz, Urmiya şəhərlərindəki mərkəzlərdə təqdim ediləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button