ArxivXəbər lentiXəbərlər

Ərdəbil ilə Sumqayıt arasında qarşılıqlı investisiyalar üçün böyük potensial mövcuddur

İranın Ərdəbil vilayətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzinə gəliblər. Nümayəndə heyəti buradakı ekspozisiyaya və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələrə baxıb, tətbiqi sənət emalatxanasında olublar.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Mərkəzdə qonaqlarla görüşüb. Görüşdə İran nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak edib.

Qonaqlara Sumqayıt şəhərində həyata keçirilən layihələr, eləcə də şəhərdə biznes və investisiya imkanları barədə ətraflı məlumat verilib.

Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş 25 il əvvəl Sumqayıt şəhərində səfərdə olduğunu, bu illər ərzində Sumqayıtın xeyli dəyişdiyini və inkişaf etdiyini bildirib. Məcid Xudabəxş qeyd edib ki, Ərdəbil ilə Sumqayıt arasında iqtisadi-ticarət əlaqələri, eləcə də qarşılıqlı investisiyalar üçün böyük potensial mövcuddur.

Sonra qonaqlar Sumqayıtda fəaliyyət göstərən “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində olublar. Yerli istehsalla tanışlıq zamanı məlumat verilib ki, müəssisə 1974-cü ildə “Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2000-ci ildə “Sumqayıt Trikotaj” Açıq Tipli Səhmdar Cəmiyyəti, 2008-ci ildən isə “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirir. 2008-ci ildə başlayan təmir-tikinti və yenidənqurma işləri 2010-cu ildə başa çatıb, 2011-ci ildən fabrik yenidən fəaliyyətə başlayıb. Bildirilib ki, bir neçə istehsal sahələri olan fabrikdə hazırda 500-dən çox işçi çalışır.

Qonaqlar müəssisə ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button