ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həsən Ruhani: Çabahar limanı ilə Astara şəhəri dəmir yolu vasitəsilə birləşəcək

Yaxın gələcəkdə İranda 8 layihə üzrə inşa edilən dəmir yolları istismara veriləcək ki, bu da Çabahar limanı ilə İranın mərkəzi əyalətlərini birləşdirəcək.

Qafqaz.ir  xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Çabahar-Zahidan dəmir yolunun bir hissəsinin istismara buraxılması münasibətilə keçirilən mərasimdə deyib. O bildirib ki, Çabahar limanı ilə Xəzər dənizi sahilindəki limanlar və Astara şəhəri də dəmir yolu vasitəsilə birləşdiriləcək.

İran Prezidentinin qeyd etdiyi kimi Çabahar limanı ilə İranın Astara şəhəri arasındakı dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan yoldur. Prezident Həsən Ruhani Çabahar limanı ilə Astara şəhərinin dəmir yolu vasitəsilə birləşəcəyini deyərkən yolun Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan dəmir yolu xəttinə birləşəcəyini nəzərdə tutur. O qeyd edib ki, Rəşt şəhərindən Astaraya çəkilən dəmir yolunda 85 faiz işlər yerinə yetirilib.

Koronavirus pandemiyasına və iqtisadi sanksiyalara baxmayaraq, İran Rəşt-Astara yolunun tikintisini imkanları daxilində davam etdirir. Bu yol İran və Azərbaycana Çənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətdə daşınan yüklərdən tranzit gəlirləri əldə etməsinə imkan yaradacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmenti tam hazır olduqdan sonra təkcə körfəz ölkələrinin deyil, həm də Çənub–Şərqi Asiya ölkələrinin də Avropa ilə nəqliyyat əlaqəsi Azərbaycan üzərindən həyata keçiriləcək. Yüklər Hindistanın Mumbai limanından çıxaraq İranın Çabahar limanına daxil olacaq buradan isə yük qatarlarına yüklənərək İran, Azərbaycan və Rusiya üzərindən birbaşa Şimali Avropaya daha dəqiq desək, Finlandiya və Niderlandın limanlarına daşınacaq.

Azərbaycan ilə İran bu sahədə əməkdaşlıq edir. Azərbaycan artıq bütün lazım olan infrastruktur layihələri həyata keçirib. Hələ SSRİ dövründən Rusiya ilə Azərbaycan arasında dəmir yolu xətti mövcuddur. Bu yol yenidən qurularaq müasir standartlar səviyyəsinə yüksəldilib. İranın Astara şəhərinə qədər dəmir yolu çəkilib və Rusiya ilə İran arasındaki ticarət dövriyyəsi artıb. Rusiyanın yük qatarları hələlik Astara şəhərinə kimi gələ bilir. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan yolu tam istismara verildikdən və Çabahar limandan çəkilən dəmir yolu buna birləşdikdən sonra qatarlar İranın mərkəzi vilayətlərinə kimi hərəkət edəcəklər. Bununla yanaşı, yüklər Çabahardan Avropaya və əks istiqamətə hərəkət edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button